«PAŞA Sığorta» KASKO müştəriləri üçün yeni endirim proqramına başlayıb
«PAŞA Sığorta» şirkəti KASKO sığortasına sahib olan fərdi müştəriləri üçün avtomobilə qulluq xidmətlərini əhatə edən yeni imtiyazlar sistemini istifadəyə verib.

«PAŞA Sığorta» şirkəti KASKO sığortalı fərdi müştəriləri üçün yeni imtiyazlar proqramını elan edib. İndi sığorta sahibləri avtomobillərinin maddi zərərlərdən qorunması ilə yanaşı, şirkətin tərəfdaş olduğu avtoservislərdə xüsusi endirimlərdən yararlana bilərlər.
Hazırkı təkliflərə əsasən, «Motor Clinic» avtoservisində göstərilən xidmətlərə 15%, «Prime Tuning» mərkəzində isə 20% endirim tətbiq olunur. Güzəştlər elektron diaqnostika, hərəkət hissəsinin yoxlanışı, yağ və filtr dəyişikliyi, əyləc sisteminə xidmət, amortizator və asqı hissələrinin əvəzlənməsi, təkər balansı və nizamlanması kimi texniki işləri əhatə edir.
Bundan əlavə, endirim proqramı kimyəvi təmizləmə, cilalanma, rəngsazlıq, dəmirçilik və elektrik işləri, avtoyuma, PDR, PPF, habelə audio sistemlərin quraşdırılması kimi xidmətlərə də şamil olunur.
İmtiyazlardan faydalanmaq üçün müştərilərin tərəfdaş xidmət məntəqələrinə müraciət edərkən «PAŞA Sığorta» mobil tətbiqindəki aktiv sığorta şəhadətnaməsini təqdim etmələri kifayətdir.
Источник: apa.az





