Pakistanda məktəb mikroavtobusu yanıb, 11 azyaşlı xəsarət alıb
Pakistanın Murri şəhərində məktəb mikroavtobusu yoldan çıxaraq yanıb. 11 azyaşlı xəsarət alıb, onlardan doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Pakistanın Murri şəhərində məktəb mikroavtobusu yoldan çıxaraq yanıb. Hadisə nəticəsində ən azı 11 azyaşlı xəsarət alıb.
Mövcud məlumatlara görə, qəza Bara Xotar Link yolunun yaxınlığında baş verib. Xilasedici qruplar dərhal hadisə yerinə göndərilib.
Əksəriyyəti məktəblilərdən ibarət olan sərnişinlər nəqliyyat vasitəsindən təhlükəsiz şəkildə çıxarılıb. Onlar yüngül xəsarətlər alıb, mikroavtobus isə tamamilə alovla əhatə olunub.
Dörd yaşdan 14 yaşadək 11 sərnişindən doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.
Mənbə: report.az





