14 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Azərbaycan

Yeni Yol” GİB sədri : “Növbəti illərdə əsas prioritetimiz region gənclərinin rəqəmsal və fərdi inkişafını dəstəkləməkdir”

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Cavid Abdullayev təşkilatın regionlarda həyata keçirdiyi layihələrin yekunları və gələcək fəaliyyət strategiyası barədə bəyanatla çıxış edib. Təşkilat rəhbəri bildirib ki, son illərdə region gənclərinin maarifləndirilməsi, rəqəmsal…

Mətn ölçüsü
Yeni Yol” GİB sədri : “Növbəti illərdə əsas prioritetimiz region gənclərinin rəqəmsal və fərdi inkişafını dəstəkləməkdir”
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Cavid Abdullayev təşkilatın regionlarda həyata keçirdiyi layihələrin yekunları və gələcək fəaliyyət strategiyası barədə bəyanatla çıxış edib. Təşkilat rəhbəri bildirib ki, son illərdə region gənclərinin maarifləndirilməsi, rəqəmsal bacarıqlarının artırılması və onların icma həyatında fəallığının təmin edilməsi istiqamətində mühüm təşəbbüslər icra olunub.

Çıxış zamanı vurğulanıb ki, regional layihələr çərçivəsində yüzlərlə gənc rəqəmsal texnologiyalar, süni intellekt alətləri, resursların idarə olunması və şəxsi inkişaf mövzularında təlimlərə cəlb edilib, praktiki vərdişlərə yiyələnib.

Sədr qeyd edib ki, təşkilatın yaxın illər üçün əsas strategiyası məhz regionlarda yaşayan gənclərin imkanlarını daha da genişləndirməkdən ibarətdir:

“Bizim üçün əsas hədəf region gənclərinin müasir əmək bazarının tələblərinə cavab verən rəqəmsal bacarıqlara yiyələnməsi və öz regionlarında təşəbbüskar gənclər kimi formalaşmasıdır. Yaxın illərdə də regional layihələrimizin coğrafiyasını genişləndirərək, yeni inkişaf mərkəzləri və klub proqramları vasitəsilə gənclərə dəstək olmağı planlaşdırırıq.”

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi dövlət qurumları, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində region gənclərinə yönəlik uzunmüddətli layihə və proqramların icrasını ardıcıl şəkildə davam etdirəcəkdir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Yeni Yol” GİB sədri : “Növbəti illərdə əsas prioritetimiz region gənclərinin rəqəmsal və fərdi inkişafını dəstəkləməkdir”F4Media səsləndirməsi