İran Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlarda vasitəçilik təklif edir
İranın xarici işlər naziri Abbas Ərəğçi Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə telefon söhbətində Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib.

İranın xarici işlər naziri Abbas Ərəqçi Səudiyyə Ərəbistanı və husilər arasında danışıqlarda vasitəçi kimi çıxış etməyi təklif edib. O, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhad Əl-Səud ilə telefon söhbətində bildirib.
Ərəqçi münaqişənin diplomatik yolla tənzimlənməsinə və döyüş əməliyyatlarının dayandırılmasına çağırıb.
İran nazirinin təklifi Ər-Riyadın beynəlxalq hava limanına edilən ölümcül hücumlar fonunda səslənib.
Mənbə: jpost.com





