14 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.8992-0.0061TRY 0.0344-0.0001100×RUB 2.0276+0.0328
media.az
Siyasət

Türkiyə sülh səylərində iştirak edir: Qara dənizdə yeni atəşkəs rejimi mümkündür

NATO yanında Türkiyənin daimi nümayəndəsi Basat Öztürk Rusiya və Ukrayna ilə mülki yük gəmilərini qorumaq üçün Qara dənizdə müvəqqəti qismən atəşkəsə dair danışıqlar apardıqlarını açıqlayıb.

Qurban Qurbanzadə2 dəq oxunuş
Mətn ölçüsü
Türkiyə sülh səylərində iştirak edir: Qara dənizdə yeni atəşkəs rejimi mümkündür
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Türkiyə mülki yüklər daşıyan ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə Qara dənizdə müvəqqəti və qismən atəşkəs əldə etmək üçün Rusiya və Ukrayna ilə danışıqlar aparır.

Bu barədə NATO yanında Türkiyənin daimi nümayəndəsi, səfir Basat Öztürk Brüsseldə keçirilən Türkiyə–Avropa İttifaqı biznes sammitində çıxışı zamanı bildirib.

Səfirin sözlərinə görə, münaqişənin hər iki tərəfinin ticarət gəmilərinə hücumları dünya ticarəti və təchizat zəncirləri üçün ciddi risklər yaradır. Xüsusilə enerji daşıyıcılarının, ərzaq məhsullarının və gübrələrin daşınması təhlükə altındadır.

“Gəmilər hər iki tərəfin hədəfinə çevrilir və bu, düzgün deyil. Biz müvəqqəti, qismən atəşkəsə nail olmaq və mülki yüklər daşıyan kommersiya gəmilərinin hücumlara məruz qalmamasını təmin etmək üçün hər iki tərəflə işləyirik”, – deyə Öztürk vurğulayıb.

O, Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş Qara dəniz taxıl sazişini də xatırladaraq, oxşar təşəbbüsün yenidən həyata keçirilə biləcəyini bildirib. Səfirin fikrincə, həmin saziş qlobal ərzaq böhranının qarşısının alınmasına töhfə verib.

“Türkiyənin vasitəçi kimi çıxış etdiyi Qara dəniz taxıl sazişini xatırlayın. O, yaxşı işlədi və dünyada ərzaq böhranının qarşısını aldı. Biz bunu yenidən edə bilərik”, – deyə o qeyd edib.

Basat Öztürk Türkiyənin Qara dənizdə sabitliyin qorunmasında Montrö Konvensiyasının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, Türkiyə müharibə başlayandan üç gün sonra boğazları münaqişə tərəflərinin hərbi gəmiləri üçün bağlayıb.

Səfir bu addımın Qara dənizdə sabitliyin qorunmasına xidmət etdiyini bildirib.

Öztürk Brüsseldə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Avropa Biznes Sammitinin (EBS) təşkil etdiyi Türkiyə–Aİ biznes sammitində iştirak edib. O, NATO baş katibinin müavini Radmila Şekerinska ilə birlikdə “NATO və Avropa: Ankara sammitindən sonra təhlükəsizlik arxitekturası” mövzusunda keçirilən sessiyada çıxış edib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Türkiyə sülh səylərində iştirak edir: Qara dənizdə yeni atəşkəs rejimi mümkündürF4Media səsləndirməsi