Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb
Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Afaq Məsudun eyniadlı psixoloji dramı əsasında hazırlanan “Yol üstə” səhnə əsərinin məşqlərinə start verilib.

Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Afaq Məsudun eyniadlı psixoloji dramı əsasında hazırlanan “Yol üstə” səhnə əsərinin məşqlərinə start verilib.
Teatrdan verilən məlumata görə, yeni səhnə əsərinin quruluşçu rejissoru Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır.
Psixoloji janrda hazırlanan tamaşada rolları Lalə Məmməd, Rəşad Rüstəmov, Əməkdar artist Rəhim Qocayev, Nazilə İmamhüseynova, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Nuranə Mirzəliyeva, Rəşid Mirizadə, Azad Məmmədov, Cavidan Eminov, Nərmin Nəbiyeva, Arzuman Abdullazadə, Qurban Rəsulov və Samirə Abdullayeva ifa edirlər.
Əsərdə sənətkarın taleyinə, sənətə və insan mənəviyyatına qarşı biganə münasibətin doğurduğu faciəvi nəticələr əks olunur. Tamaşanın əsas ideyası biganəliyin insan həyatında və mənəvi dünyasında yaratdığı fəsadları açmaq, həmçinin insanın sənətə və mənəvi dəyərlərə münasibətini ön plana çəkməkdir.
Qeyd edək ki, tamaşanın premyerasının cari ilin noyabr ayının sonlarına nəzərdə tutulduğu bildirilir.





