Zelenskiy ABŞ və Avropanın iştirakı ilə müharibənin dayandırılması planının hazırlandığını bildirdi
Ukrayna prezidenti Volodimir Zelenskiy ABŞ və Avropa ilə birgə hazırlanmış münaqişənin bitirilməsi planının işlənilməsinin yekunlaşdığını bəyan edib.

Ukrayna prezidenti Volodimir Zelenskiy ABŞ və Avropadan olan tərəfdaşlarla birgə hazırlanmış münaqişənin başa çatdırılması planının işlənib hazırlandığını bildirib. Sənəd hərbi əməliyyatların dayandırılması yollarının axtarışına yönəlib.
Ukrayna liderinin sözlərinə görə, plan ABŞ prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmilərinin iştirakı ilə tərtib edilib. Layihə atəşkəs rejiminin elan olunmasını, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı geri çəkilməsini, habelə bu ərazidə xüsusi bufer zonasının yaradılmasını nəzərdə tutur.
Bununla yanaşı, Volodimir Zelenskiy Amerika tərəfinin əlavə təkliflərinin olduğunu qeyd edib və əlavə edib ki, Kiyev onların rəsmi təqdim olunmasını gözləyir.
Mənbə: apa.az





