İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bişkekdə görüşüblər
Qırğızıstanın paytaxtında keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr və regional gündəlikdəki məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkek şəhərində görüşüblər.
Tərəflərin görüşü Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Toplantısı çərçivəsində baş tutub.
Danışıqlar zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, eləcə də regional və qlobal gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən zirvə toplantısı çərçivəsində bir sıra digər ikitərəfli görüşlər və təmaslar da həyata keçirir.





