18 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8707-0.0024TRY 0.03370100×RUB 2.0606-0.0043
media.az
Dünya

Parisdə etirazlar səbəbindən metronun 40-dan çox stansiyası bağlandı

Paris nəqliyyat agentliyi RATP-nin məlumatına görə, 31 oktyabr 2026-cı il tarixində etirazlar səbəbindən metronun 40 stansiyası bağlandı. Genişmiqyaslı nümayiş şəhərin şərqində keçirilir.

Mətn ölçüsü
Parisdə etirazlar səbəbindən metronun 40-dan çox stansiyası bağlandı
Dünya — F4Media

Bu barədə muxtar Paris nəqliyyat agentliyi RATP məlumat verib.

Etirazlar davam edir və şənbə günü yeni aksiyalar gözlənilirdi. Onlara həmkarlar ittifaqları və “sarı jiletlər” hərəkatının nümayəndələri qoşulmağa çağırırdı.

“Polis prefekturasının tələbinə və təhlükəsizlik məqsədilə aşağıdakı stansiyalar şənbə, 31 oktyabr tarixində bağlanacaq”, – agentliyin mesajında deyilir.

RATP bağlanacaq 40 stansiyanın siyahısını dərc edib. Onların bir hissəsi səhər tezdən, digərləri isə gün ərzində bağlanıb.

Həyat dəyərinin bahalaşmasına qarşı genişmiqyaslı nümayiş Parisin şərq hissəsinə keçirilib. Daha əvvəl Paris inzibati məhkəməsi həmkarlar ittifaqlarının tərəfini tutaraq şəhər mərkəzində aksiya keçirilməsinə icazə verib, lakin polis qadağa qoyub. Lakin Fransanın inzibati işlər üzrə ali instansiyası Dövlət Şurası bu qərarı ləğv edib. Paris polis idarəsinin şənbə günü bildirdiyinə görə, manifestasiya şəhərin şərq hissəsində keçiriləcək.

Paylaş

Oxşar materiallar

Hamısına bax