Şahdəniz yatağından 9 ayda 20 milyard kubmetr qaz hasil olunub.
2026-cının ilk doqquz ayında Şah Dəniz yataqlarında təxminən 20 milyard kubmetr qaz və təxminən 3 milyon ton kondensat hasil edilib. Məlumatlar BP-Azerbaijan blokun operatorunun və tərəfdaşlarının rüblük hesabatında verilib.

Azərbaycanın Şahdəniz qaz-kondensat yatağından 2026-cı ilin ilk doqquz ayında təxminən 20 milyard standart kubmetr qaz və 3 milyon ton kondensat (təxminən 21 milyon barel) hasil edilib.
Hasilat “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları vasitəsilə həyata keçirilib.
Bu barədə yatağın operatoru BP və tərəfdaşlarının birgə dərc etdiyi 2026-cı ilin ilk üç rübünə dair biznes icmalında məlumat verilib.
Hesabat dövründə BP və layihə tərəfdaşları Şahdəniz layihəsinə əməliyyat xərcləri üçün təxminən 2,002 milyard ABŞ dolları, kapital xərcləri üçün isə 1,078 milyard ABŞ dolları vəsait ayırıblar.
Hazırda Şahdəniz yatağında mövcud hasilat infrastrukturu sutkada təxminən 79 milyon standart kubmetr, illik hesabla isə 28,8 milyard standart kubmetr qaz hasil etmək gücünə malikdir.
Mənbə: report.az





