Zelenski: ABŞ Ukraynaya Donbası tərk etmək müqabilində NATO üzvlüyünü təklif edib
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Amerika danışıqçıları Ukraynanın Donbas bölgəsindən çıxması müqabilində NATO-ya üzv olmaq ehtimalını müzakirə edib. O, bunu Abu-Dabidə Rusiya ilə növbəti sülh danışıqlarının başa çatmasından sonra deyib.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Amerika danışıqçıları Ukraynanın şərq bölgəsi Donbasdan çıxması müqabilində ölkənin NATO-ya üzv olması ehtimalını təklif ediblər. O, bunu Rusiya ilə növbəti sülh danışıqlarından sonra açıqlayıb. Söz Abu-Dabidə keçirilən danışıqlardan gedir.
Zelenskiyin sözlərinə görə, bu, danışıqlar zamanı ərazi güzəştləri ilə bağlı NATO üzvlüyü məsələsinin qaldırıldığı ilk haldır. Onun fikirləri administrasiyanın həftənin sonunda dərc etdiyi jurnalistlərə şərhlərdə əks olunub.
Zelenski bildirib ki, Vaşinqton Ukraynanın bu addıma hazır olub-olmadığını soruşub. Onun sözlərinə görə, Amerika tərəfi belə sual verib: «Əgər Ukrayna NATO-ya daxil olarsa, nə olacaq?..»
Mənbə: scmp.com



