Zaxarovadan Makronun Ukraynanın NATO-ya üzvlüyü çağırışına ironik reaksiya
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya daxil edilməsi çağırışını ironiya ilə şərh edib. Onun sözlərinə görə, bu çağırış Avropa diplomatiyası üzrə baş nümayəndə Kaya Kallasın fikrinə dəstək olaraq səslənib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzv olması ilə bağlı çağırışını ironik şəkildə şərh edib.
F4media.az xəbər verir ki, Zaxarova bu barədə RİA Novosti-yə açıqlamasında danışıb.
“Düşünürəm ki, bu bəyanat Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın fikrinə layiqincə dəstəkdir”, – deyə diplomat bildirib.
Makron Ukraynanın NATO-ya tamhüquqlu üzv olmasının tərəfdarı olduğunu sosial şəbəkə hesabında yazıb. Fransa Prezidenti qeyd edib ki, Ukrayna alyansda mühüm rol oynayır və NATO çərçivəsində tamhüquqlu yer tutmalıdır.
Makronun bu açıqlaması Rusiya tərəfindən sərt reaksiyalarla qarşılanıb.
Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev də Fransa Prezidentinin mövqeyini tənqid edib. O, Makronu Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməkdə “mövqeyini yenidən dəyişməkdə” ittiham edib.
Juravlev bildirib ki, Fransa Prezidenti bundan əvvəl Ukrayna məsələsi ilə bağlı Rusiya-ABŞ danışıqlarında Avropanın prosesdən kənarda qalmasından narahatlığını ifadə edib.
Qeyd edək ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi Rusiya ilə Qərb arasında əsas fikir ayrılığı mövzularından biri olaraq qalır. Kiyevin alyansa üzvlük istiqamətində mövqeyi NATO tərəfindən dəfələrlə təsdiqlənsə də, Ukraynanın nə vaxt və hansı şərtlərlə alyansa qoşula biləcəyi məsələsi konkret tarixlə müəyyən edilməyib.

Mənbə: lenta.ru