Yeni Ceyms Bond məlum oldu: Robert Pattinson əfsanəvi casus rolunu oynayacaq
Britaniyalı aktyor Robert Pattinson Ceyms Bond rolunun ifaçısı kimi Daniel Kreyqi əvəz edəcək. Bu barədə bazar ertəsi Amazon MGM Studios və 007 rəsmi hesabı Instagram-da məlumat yayıb.

Britaniyalı tanınmış aktyor Robert Pattinson Daniel Kreyqi əvəz edərək, onlarla il davam edən məşhur casus seriyasında Ceyms Bond rolunu canlandıracaq. Bu barədə bazar ertəsi “Amazon MGM Studios” və “007” franşizasının rəsmi “Instagram” hesabı məlumat yayıb.
Agent 007 haqqında film seriyası Hollivudun tarixinə düşən ən uzunömürlü və ən çox gəlir gətirən kino franşizalarından biri hesab olunur. Xatırladaq ki, ilk Ceyms Bond filmi hələ 1962-ci ildə ekranlara çıxıb.
Müxtəlif illərdə əfsanəvi agent rolunu tənqidçilər tərəfindən yüksək qiymətləndirilən Şon Konneri, Pirs Brosnan, Rocer Mur və son olaraq Daniel Kreyq kimi məşhur aktyorlar oynayıblar. Robert Pattinsonun bu siyahıya qoşulması kino dünyasında və izləyicilər arasında böyük maraq doğurub.
Mənbə: dw.com





