25 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8607+0.0059TRY 0.0335-0.0001100×RUB 2.0719-0.0026
media.az
Agriculture

Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib

Xaçmaz rayonunda fermer və sahibkarların iştirakı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilib
Agriculture — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Xaçmaz rayonunda fermer və sahibkarların iştirakı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Panel müzakirəsində Nazirliyin müvafiq struktur bölmələrinin və tabeli qurumlarının, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Turizm Agentliyinin, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin və “Unibank”ın nümayəndələri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi imkanlarından düzgün istifadə olunmasının, fermerlərin məlumatlılığının artırılmasının və aidiyyəti qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbirdə kənd təsərrüfatı məhsulları istehsalçılarına aqrar sahədə tətbiq olunan dövlət dəstəyi tədbirləri, yeni imkanlar və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nın əsas istiqamətləri və hədəfləri diqqətə çatdırılıb.

Müzakirələr zamanı bitkiçilik, heyvandarlıq və balıqçılıq sahəsində mövcud imkanlar, məhsul istehsalı prosesində qida təhlükəsizliyi tələbləri, suvarma və meliorasiya xidmətləri, həmçinin təsərrüfatların təbii risklərdən sığortalanması məsələləri diqqətə çatdırılıb.

Bununla yanaşı, fermer və sahibkarların maliyyə resurslarına çıxışı, bank xidmətləri, kənd yerlərində məşğulluğun təşviqi və aqrar fəaliyyətlə turizm imkanlarının əlaqələndirilməsi istiqamətində mövcud imkanlar müzakirə olunub.

Tədbirin sonunda fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklif və müraciətləri aidiyyəti qurumların nümayəndələri tərəfindən qeydiyata alınıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Xaçmaz rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda növbəti panel müzakirəsi keçirilibF4Media səsləndirməsi