Rusiya pilotsuz uçuş aparatı Kiyevdə SBU binasına hücum edib
Rusiya dronu Ukrayna Təhlükəsizlik Xidmətinin Kiyevdəki mərkəzi ofisinə zərbə endirib. Ölkə prezidenti Volodimir Zelenski güzgü cavabının hazırlanacağını bəyan edib.

Rusiya pilotsuz uçuş aparatı Kiyevin Vladimir küçəsində, Sofiya kafedralının qarşısında yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mərkəzi binasına zərbə endirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dron birbaşa SBU rəhbəri Aleksandr Pokladın kabinetinə yönəldilib. Dövlət başçısı hadisədən sonra xüsusi xidmət orqanının rəhbəri ilə danışdığını təsdiqləyib.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətləri işləyir. Prezidentin sözlərinə görə, bütün zərərçəkənlərə lazımi yardım göstəriləcək.
Zelenski Aleksandr Poklada hücuma adekvat və hiss ediləcək cavab hazırlamaq barədə tapşırıq verdiyini bəyan edib. Prezident vurğulayıb ki, cavab tədbirləri "güzgü" xarakteri daşımalıdır və hərbçilər bu tədbirlərin həyata keçirilməsində lazımi dəstəyi göstərəcəklər.
Mənbə: oxu.az





