Eldar Mansurov Kampobassonu Bakının İçərişəhəri ilə müqayisə edib
Tanınmış bəstəkar Eldar Mansurov İtaliyanın Kampobasso şəhərindən foto yayımlayıb və oranı Bakının İçərişəhəri ilə müqayisə edib.

Yenilənib: Avqust 26, 2026 9:47 axşam
Azərbaycanın tanınmış bəstəkarı Eldar Mansurov İtaliyanın Kampobasso şəhərindən sosial media hesabında paylaşım edib. Bəstəkar şəhərin qədim küçələrindən birində çəkilmiş fotosunu yayımlayaraq Kampobassonu Bakının tarixi İçərişəhəri ilə müqayisə edib.
“Kampobasso şəhəri də bizim İçərişəhər qədər qədim və dar küçələrdən ibarətdir”, – deyə Eldar Mansurov qeyd edib.
Sənətçinin paylaşdığı fotolarda İtaliyanın tarixi şəhərinin rəngarəng binaları və dar küçələri əks olunub.





