Britni Spirs-in oğlu Ceyden Ceyms MAC reklam kampaniyasının siması oldu
Britni Spirs-in kiçik oğlu Ceyden Ceyms MAC brendi ilə əməkdaşlığa başlayaraq şirkətin rəqəmsal nəşrinin üz qabığında yer alıb.

Müğənni Britni Spirs-in 19 yaşlı kiçik oğlu Ceyden Ceyms kosmetika brendi MAC-ın yeni reklam kampaniyasının siması olub. Şirkətin rəsmi Instagram hesabında gəncin MACzine rəqəmsal nəşrinin üz qabığı üçün hazırlanan fotosessiyası təqdim edilib.
Brendin nümayəndələri Ceydeni "Paris Moda Həftəsinin yüksələn podium ulduzu" kimi xarakterizə edərək, onun artıq sənayedə böyük diqqət çəkdiyini qeyd ediblər. MACzine-in hazırlanmaqda olan buraxılışında brend gəncin tərcümeyi-halı haqqında təfərrüatları dərc etməyi planlaşdırır.
Ceydenin model biznesindəki karyerası bu ilin iyun ayının sonunda, 20 yaşlı qardaşı Şon Preston ilə birlikdə Parisdə Kişi Moda Həftəsində Vetements brendinin nümayişində iştirak etdikdə başlayıb. Debütdən sonra Vogue jurnalına verdiyi müsahibədə Ceyden model karyerasını inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Lakin qardaşı Şon Preston, əksinə, bu sahədə işləməyə maraq göstərmir.
Modellikdən əlavə, Ceyden Ceyms musiqi ilə də məşğul olur: o, fortepianoda ifa edir və gələcəkdə öz bəstələrini buraxmağı planlaşdırır.
Ceyden və Şon Preston Britni Spirs və rəqqas Kevin Federlaynın oğullarıdır. Gənclər həyatlarının böyük hissəsini atalarının himayəsində keçiriblər. 2013-cü ildən Federlayn keçmiş basketbolçu Viktoriya Prins ilə evlidir; o, müğənninin oğullarının tərbiyəsində iştirak edib və cütlüyün həmçinin iki ortaq övladı var.
Mənbə: kz.kursiv.media





