İlham Əliyev Moldova müstəqilliyinin 35 illiyi münasibətilə Maya Sandunu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35 illiyi münasibətilə Maya Sandunu təbrik edib və ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35 illiyi münasibətilə Moldova Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.
Azərbaycan dövlətinin başçısı öz adından və Azərbaycan xalqı adından Maya Sandunu və Moldova vətəndaşlarını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara sülh və firavanlıq arzulayıb.
İlham Əliyev iki dövlət arasında ənənəvi dostluq əlaqələrinin və əməkdaşlığın inkişafında müsbət dinamikanı qeyd edib. O, münasibətlərin hazırkı yüksələn xətlə inkişafının məmnunluq doğurduğunu vurğulayıb.
Azərbaycan Prezidenti tərəflərin dövlətlərarası münasibətlərin hərtərəfli inkişafı üçün ardıcıl səylər göstərməyə davam edəcəklərinə əminliyini bildirib. Onun sözlərinə görə, bu, dostluq telləri ilə bağlı olan xalqların iradəsinə uyğundur.
Məktubun sonunda İlham Əliyev Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətində uğurlar arzulayıb.
Mənbə: report.az





