27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Dünya

Volodimir Zelenski Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrikə görə Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür sözlərini ünvanlayıb.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Volodimir Zelenski Ukraynaya dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Dünya — F4Media

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna dövlətinin müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Bu barədə Ukrayna lideri "X" şəbəkəsindəki səhifəsində Azərbaycan dövlət başçısının təbrik məktubunun fotosunu paylaşaraq məlumat verib.

«Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik», — deyə Zelenski yazıb.

Ukrayna lideri öz müraciətində vurğulayıb ki, Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi həmişə prinsipial və dəyişməz olaraq qalıb.

Zelenskinin sözlərinə görə, tərəflər uzun illərdir ki, zamanın sınağından çıxmış iqtisadi əməkdaşlığı inkişaf etdirir, energetika və təhlükəsizlik sahəsində yeni imkanlar açır, həmçinin bir-birinə lazımi köməklik göstərirlər.

«Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da daha da möhkəmlənəcək», — deyə Ukrayna Prezidenti yekunlaşdırıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax