ADY Çindən yeddi yeni lokomotiv alıb
“Azərbaycan Dəmir Yolları” AC50 tipli Çin istehsalı yeddi lokomotiv əldə edib. Təchizat şirkətin lokomotiv parkının yenilənməsi çərçivəsində həyata keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çin istehsalçısından AC50 tipli yeddi lokomotiv əldə edib. Yeni maşınlar şirkətin lokomotiv parkının yenilənməsi çərçivəsində Bakıya çatdırılıb.
Təchiz edilən dəmir yolu texnikasını Çinin CRRC Ziyang Co., Ltd. şirkəti istehsal edib.
Bu ilin iyun ayında ADY və CRRC Ziyang Co., Ltd. dörd yeni magistral sərnişin lokomotivinin alınması barədə müqavilə imzalayıb. Bu texnikanın Azərbaycana çatdırılması 2027-ci il ərzində planlaşdırılır.
Mənbə: oxu.az





