Avstraliyada üzgüçü köpəkbalığının hücumu nəticəsində həlak olub
Qərbi Avstraliyada Sorrento çimərliyi yaxınlığında köpəkbalığı üzgüçüyə hücum edib. Axtarış-xilasetmə əməliyyatına baxmayaraq, şəxs həlak olub.

Qərbi Avstraliya ştatında məşhur Sorrento çimərliyi yaxınlığında köpəkbalığı üzgüçüyə hücum edib. Hücum nəticəsində şəxs həlak olub.
Hücum barədə məlumat daxil olduqdan sonra sahilə təcili xidmətlər göndərilib. Yerli polis sahilə yaxın sularda üzgüçünün köpəkbalığı tərəfindən dişlənməsi barədə məlumat aldığını bildirib.
Hakimiyyət orqanları hava və dəniz vasitələrinin cəlb olunduğu genişmiqyaslı axtarış əməliyyatı təşkil edib.
Mənbə: report.az





