17 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8731-0.0074TRY 0.0337-0.0001100×RUB 2.0649+0.0138
media.az
Kənd təsərrüfatı

“John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir kənd təsərrüfatı texnologiyalarının təqdimatı keçirilib.

Yulduz Səlimov2 dəq oxunuş
Mətn ölçüsü
“John Deere”in yeni texnologiyaları ADAU-da təqdim edildi
Kənd təsərrüfatı — F4Media

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müasir kənd təsərrüfatı texnologiyalarının təqdimatı keçirilib.

F4Media.az xəbər verir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ADAU-nun rektoru Zəfər Qurbanov, “John Deere” şirkətinin MDB üzrə vitse-prezidenti Peter Zaksen, “John Deere Azerbaijan – Agromotors” şirkətinin direktoru Sərxan Əliyev, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ADAU-da fəaliyyət göstərən “John Deere” Təlim-Simulyasiya Mərkəzi ilə tanış olublar.

“John Deere Azerbaijan – Agromotors” şirkətinin direktoru Sərxan Əliyev bildirib ki, təqdimatın əsas məqsədi müasir kənd təsərrüfatı texnologiyalarını, xüsusilə pambıqçılıqda istifadə olunan yeni nəsil texnikaları tələbə və mütəxəssislərə nümayiş etdirmək, eləcə də aqrar təhsil ilə istehsalat arasında əlaqələri gücləndirməkdir.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli müasir texnologiyaların tətbiqinin məhsuldarlığın və istehsal səmərəliliyinin artırılmasında mühüm rol oynadığını qeyd edib. O, tələbələrin müasir texnika ilə tanışlığının və praktiki biliklərinin artırılmasının vacibliyini vurğulayıb.

ADAU-nun rektoru Zəfər Qurbanov isə müasir kənd təsərrüfatının tələblərinə uyğun kadr hazırlığının universitetin əsas prioritetlərindən olduğunu bildirib. Rektor qeyd edib ki, 2017-ci ildən fəaliyyət göstərən “John Deere” Təlim Mərkəzi tələbələrin müasir kənd təsərrüfatı texnologiyaları üzrə nəzəri və praktiki biliklərinin artırılmasına imkan yaradır.

Təqdimat zamanı iştirakçılara “John Deere CP570” pambıqyığan kombaynı nümayiş etdirilib. Kombaynın texniki xüsusiyyətləri, iş prinsipi və tətbiq imkanları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, kənd təsərrüfatının rəqəmsal idarə olunmasına imkan verən “Operations Center” sistemi də təqdim olunub. Sistemin texnikanın işinə, sahə məlumatlarına və istehsal proseslərinə rəqəmsal nəzarət imkanı yaratdığı bildirilib.

Sonda ADAU ilə “John Deere” arasında tələbələrin praktiki hazırlığı, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Paylaş

Oxşar materiallar

Hamısına bax