27 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Kənd təsərrüfatı

Fuad Sadıqov Şərurda vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun əmrinə əsasən Şərurda keçirilən qəbulda əkin sahələrinin və heyvanların sığortalanması məsələləri müzakirə olunub, ardından Düdəngə və Aşağı Daşarx kəndlərindəki təsərrüfatlara baş çəkilib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərurda fermerlərlə görüş zamanı
Kənd təsərrüfatı — F4Media

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən Şərur Rayon İcra Hakimiyyətinin binasında rayon sakinlərini qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin və kənd təsərrüfatı heyvanlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması, fermerlərə göstərilən dövlət dəstəyi, güzəştli kreditlər və digər mövzuları əhatə edib.

Fuad Sadıqov qaldırılan məsələlərlə bağlı vətəndaşlara ətraflı məlumat verərək izahatlar təqdim edib. Müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun olaraq qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Görüş zamanı aqrar sığortanın kənd təsərrüfatı sahəsində çalışan fermerlər üçün mühüm dövlət dəstəyi mexanizmi olduğu diqqətə çatdırılıb. Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi hesabına fermerlərin öz əkin sahələrini və heyvanlarını çoxsaylı risklərdən sərfəli şərtlərlə qoruya bildikləri vurğulanıb.

Yaxınlaşan yeni sığorta mövsümünü və payızlıq taxıl əkini dövrünü xatırladan Fuad Sadıqov fermerlərə dövlətin təmin etdiyi bu imkanlardan yararlanmağı, təsərrüfatlarını və əkin sahələrini sığortalamağı tövsiyə edib.

Vətəndaş qəbulundan sonra İdarə Heyətinin sədri Şərur rayonunun Düdəngə kəndində yerləşən heyvandarlıq təsərrüfatına və Aşağı Daşarx kəndindəki meyvə bağına baxış keçirib. O, yerindəcə fermerlərin fikirlərini dinləyib, aqrar aləmdəki mövcud vəziyyətlə bağlı mülahizə və təklif mübadiləsi aparıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax