28 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.93290TRY 0.03470100×RUB 20
media.az
Kənd təsərrüfatı

Samuxda iri fermer təsərrüfatları və intensiv meyvə bağlarında monitorinq aparılıb

Samux rayonunda kənd təsərrüfatının inkişafı və müvafiq Dövlət Proqramının icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə iri fermer təsərrüfatları və yeni intensiv meyvə bağlarında monitorinq keçirilib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Samux rayonunda iri fermer təsərrüfatında keçirilən monitorinq prosesi
Kənd təsərrüfatı — F4Media

Samux rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən işlərin mövcud vəziyyəti və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı monitorinq təşkil olunub. Monitorinq Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Baxışda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyinin Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov iştirak ediblər. Onlar rayon ərazisində fəaliyyət göstərən iri fermer təsərrüfatlarına və yeni salınmış intensiv meyvə bağlarına yerində baxış keçiriblər.

Monitorinq zamanı müvafiq dövlət proqramı çərçivəsində nəzərdə tutulan tapşırıqların icra vəziyyəti, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi səviyyəsi və təsərrüfatların mövcud istehsal imkanları ətraflı qiymətləndirilib.

Keçirilən görüş çərçivəsində kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi məqsədilə aidiyyəti şəxslərə müvafiq tövsiyələr verilib.

Paylaş

Oxşar materiallar

Hamısına bax