“Gənclər üçün Maliyyə Savadlılığı” layihəsinin ilk mərhələsi keçirilib
MPAY, Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər üçün Maliyyə Savadlılığı” layihəsinin ilk mərhələsi Hacıqabul gəncləri üçün keçirilib.

Layihə çərçivəsində “Şəxsi büdcə planlaması necə aparılmalıdır?” mövzusunda təlim təşkil olunub. Təlim zamanı gənclərə şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin idarə edilməsi və maliyyə məqsədlərinin müəyyənləşdirilməsi ilə bağlı praktiki məlumatlar təqdim edilib.
Təlimdə iştirakçılar şəxsi maliyyənin düzgün idarə olunmasının əhəmiyyəti, gündəlik xərclərin planlaşdırılması və gələcək maliyyə məqsədlərinə çatmaq üçün büdcənin effektiv bölüşdürülməsi barədə fikir və təcrübələrini bölüşüblər.
Layihənin növbəti mərhələlərinin Bakıda keçirilməsi planlaşdırılır.