14 noyabr 2026 Bakı — USD 1.70EUR 1.88050TRY 0.03380100×RUB 2.05110
media.az
Tehsil 3

Gənclər üçün yeni imkan: Çin dili tədrisinə başlanılıb

Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ilə Lexeo Academy arasında əməkdaşlığa başlanılıb.

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Gənclər üçün yeni imkan: Çin dili tədrisinə başlanılıb
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ilə Lexeo Academy arasında əməkdaşlığa başlanılıb.

Əməkdaşlıq çərçivəsində uşaqlar və gənclər üçün Çin dilinin tədrisi istiqamətində yeni təhsil proqramının həyata keçirilməsinə start verilib.

Tədris prosesi çərçivəsində iştirakçılara Çin dilinin öyrənilməsinin əhəmiyyəti, bu dilin beynəlxalq ünsiyyətdə, təhsildə və gələcək karyera imkanlarında yaratdığı perspektivlər barədə məlumat verilib. Eyni zamanda Çin mədəniyyəti, dili və təhsil imkanları haqqında müzakirələr aparılıb.

Layihənin əsas məqsədi uşaqların və gənclərin xarici dil biliklərini genişləndirmək, onların dünyagörüşünü inkişaf etdirmək və beynəlxalq təhsil imkanlarına marağını artırmaqdır.

Yeni dil, yeni biliklər, yeni imkanlar!

Paylaş

Oxşar materiallar

Hamısına bax
Gənclər üçün yeni imkan: Çin dili tədrisinə başlanılıbF4Media səsləndirməsi