Hacıqabulda region müəllimləri üçün “Süni İntellekt və Rəqəmsal Bacarıqlar” mövzusunda təlim keçirilib
Hacıqabul şəhərində regionda çalışan pedaqoji heyətin müasir texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Süni İntellekt və Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində təlim təşkil olunub.

Təşkil olunan təlim Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “ŞƏBƏKƏ: Gənclər Təşkilatlarının Fəaliyyətinə Dəstək” subqrant proqramı çərçivəsində baş tutub. Layihə “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Regionlardakı müəllimlərə Süni İntellekt və Rəqəmsal bacarıqlar” təşəbbüsünün ilk mərhələsi kimi reallaşdırılıb.
Təlimin əsas məqsədi region müəllimlərinin rəqəmsal savadlılığını yüksəltmək, onları tədris prosesində müasir texnoloji imkanlardan fəal istifadəyə təşviq etməkdir. İnteraktiv formatda keçirilən sessiyalarda iştirakçılara süni intellekt alətlərinin təhsilə inteqrasiyası, rəqəmsal resurslardan səmərəli istifadə və onlayn platformalar vasitəsilə dərslərin daha maraqlı və interaktiv təşkili mövzusunda praktiki biliklər təqdim olunub.