İlham Əliyev beynəlxalq idman federasiyalarının prezidentləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Aleksandr Oşpelt ilə görüşüb. Qış idman növləri və «Şahdağ»da yarışların keçirilməsi müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Aleksandr Oşpelt ilə görüşüb. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan nüfuzlu beynəlxalq idman tədbirlərini, o cümlədən qış idman növləri üzrə yarışları uğurla qəbul edir. Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Görüşdə Azərbaycanda müasir xizək infrastrukturunun yaradıldığı qeyd olunub. «Şahdağ» turizm mərkəzində Beynəlxalq Xizək və Snoubord Federasiyasının dəstəyi ilə bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulanıb.
Azərbaycan Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında ötən il imzalanmış tərəfdaşlıq sazişinin rolu ayrıca qeyd olunub. Tərəflərin qiymətləndirməsinə görə, bu, ölkədə qış turizmi və qış idman növlərinin potensialının inkişafı üçün vacibdir.
Görüş zamanı Azərbaycan ilə federasiya arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmin gün İlham Əliyevin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşü barədə də məlumat verilib.
Mənbə: news.milli.az





