Bakıda ilk dəfə – Sweet Art 2026 – 300-dən çox qənnadçının bir araya gələcəyi böyük şirinlik festivalı
28 noyabr 2026-cı il tarixində Bakı daha bir möhtəşəm sənət və yaradıcılıq hadisəsinə ev sahibliyi edəcək. Paytaxtda keçiriləcək SWEET ART 2026 qənnadçılıq yarışı 300-dən çox qənnadçının və şirniyyat sənətinə maraq göstərən qonaqların iştirakı ilə yadda qalan bir tədbirə çevrilməyi hədəfləyir.

Yenilənib: Noyabr 18, 2026 11:49 səhər
28 noyabr 2026-cı il tarixində Bakı daha bir möhtəşəm sənət və yaradıcılıq hadisəsinə ev sahibliyi edəcək. Paytaxtda keçiriləcək SWEET ART 2026 qənnadçılıq yarışı 300-dən çox qənnadçının və şirniyyat sənətinə maraq göstərən qonaqların iştirakı ilə yadda qalan bir tədbirə çevrilməyi hədəfləyir.
SWEET ART 2026 sadəcə bir yarışma deyil, peşəkarlığın, yaradıcılığın, rəqabətin və şirin sənətin bir araya gəldiyi xüsusi platformadır.
Yarışma 5 əsas kateqoriya üzrə keçiriləcək:
– Çörəkçilik və un məmulatları;
– Milli şirniyyatlar;
– 3D tortlar;
– Kruasan və qat-qat xəmirdən hazırlanan məhsullar;
– Canlı tort yığımı və bəzənməsi.
İştirakçıların hazırladıqları əsərlər beynəlxalq və milli təcrübəyə malik peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yarışmada beynəlxalq prinsiplərə uyğun 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunacaq. Dad, aroma, tekstura, texniki icra, estetik görünüş, orijinallıq və peşəkarlıq əsas meyarlar olacaq.
Tədbirin interaktiv, dinamik və şou xarakterli keçirilməsi gözlənilir. Canlı təqdimatlar, ustaların yaradıcı işləri, maraqlı nümayişlər və rəqabət mühiti SWEET ART 2026-nı həm iştirakçılar, həm də qonaqlar üçün xüsusi bir təcrübəyə çevirəcək.
Bu tədbir, eyni zamanda, ölkəmizdə peşə sənətinin sevilməsi və təbliği, gənclərin qənnadçılıq sahəsinə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusilə öz biznesini qurmaq, fərdi fəaliyyətini inkişaf etdirmək və əmək bazarında öz yerini tutmaq istəyən frilanser qənnadçılar üçün SWEET ART 2026 böyük fürsətdir. Bu platforma onlara öz bacarıqlarını nümayiş etdirmək, tanınmaq, peşəkarlarla əlaqələr qurmaq və gələcək əməkdaşlıqlar üçün yeni qapılar açmaq imkanı yaradır.
Burada gənclər və peşəkar ustalar öz şirin güclərini, yaradıcılıqlarını və əsl şah əsərlərini nümayiş etdirəcəklər. Hər bir iştirakçı öz sənətini təqdim edəcək, hər bir əsər isə zəhmətin, istedadın və sonsuz yaradıcılığın göstəricisi olacaq.
SWEET ART 2026 – istedadların parlayacağı, ustalığın yarışacağı, şirin arzuların şah əsərlərə çevriləcəyi möhtəşəm görüş.







