18 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8681-0.0026TRY 0.03370100×RUB 2.0687+0.0081
media.az
Dünya

Hörmüz boğazında ADNOC gəmisinə hücum: 11 yaralı, bir dənizçi itkin düşüb

BƏƏ şirkəti ADNOC Logistics & Services-in idarə etdiyi gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Ekipajın 11 üzvü yaralanıb, daha biri itkin düşüb.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Hörmüz boğazında üzərində ADNOC L&S işarəsi olan gəmi
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Birləşmiş Ərəb Əmirliklərinin ADNOC Logistics & Services şirkətinin idarə etdiyi gəmi Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

F4media.az xəbər verir ki, bu barədə şirkətin yaydığı mətbuat açıqlamasında bildirilib.

Məlumata görə, insident noyabrın 17-də axşam saatlarında gəminin Hörmüz boğazından keçidi zamanı baş verib.

Hücum nəticəsində ekipajın 11 üzvü yaralanıb. Daha bir dənizçi isə itkin düşüb.

Şirkətin məlumatına görə, ekipajın qalan üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyə edilib.

Hazırda itkin düşən ekipaj üzvünün axtarışı davam etdirilir. Axtarış-xilasetmə əməliyyatı səlahiyyətli qurumlarla birgə həyata keçirilir.

İnsidentin hansı tərəf tərəfindən törədildiyi və hücumun xarakteri ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. Bu ərazidə baş verən təhlükəsizlik insidentləri beynəlxalq gəmiçilik və enerji bazarlarında ciddi narahatlıq yarada bilər.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Hörmüz boğazında ADNOC gəmisinə hücum: 11 yaralı, bir dənizçi itkin düşübF4Media səsləndirməsi