21 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8666+0.0029TRY 0.0336-0.0001100×RUB 2.0737+0.0107
media.az
Azərbaycan

“Odlar Yurdu” yenidən gənclərin gündəmində: yeni rəhbərlik, yeni komanda, yeni hədəflər

Bir vaxtlar fərqli təşəbbüsləri, beynəlxalq layihələri və gəncləri bir araya gətirən fəaliyyəti ilə tanınan “Odlar Yurdu” Gənclər İctimai Birliyi yenidən fəal fəaliyyətə hazırlaşır. Təşkilatda yeni sədr və İdarə Heyəti seçilib, idarəetmə strukturu yenilənib. Məqsəd illər ərzində formalaşmış…

Qurban Qurbanzadə2 dəq oxunuş
Mətn ölçüsü
“Odlar Yurdu” yenidən gənclərin gündəmində: yeni rəhbərlik, yeni komanda, yeni hədəflər
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Bir vaxtlar fərqli təşəbbüsləri, beynəlxalq layihələri və gəncləri bir araya gətirən fəaliyyəti ilə tanınan “Odlar Yurdu” Gənclər İctimai Birliyi yenidən fəal fəaliyyətə hazırlaşır. Təşkilatda yeni sədr və İdarə Heyəti seçilib, idarəetmə strukturu yenilənib. Məqsəd illər ərzində formalaşmış təcrübəni yeni ideyalarla birləşdirərək “Odlar Yurdu”nu gənclərin təşəbbüslərinin, əməkdaşlıqlarının və inkişaf imkanlarının fəal ünvanlarından birinə çevirməkdir.

Yeni dövrün rəhbəri Nilufər Bəşirova

Təşkilatın yeni sədri Nilufər Bəşirova seçilib. Yeni İdarə Heyətinin formalaşdırılmasının ardınca sədr tərəfindən təşkilatın yenilənmiş strukturu da təsdiqlənib.

Yeni komandanın tərkibində Sultan Əsədli Baş katib, Fuad Qədirli Mətbuat katibi, Hünər Alxanov Beynəlxalq əlaqələr üzrə rəhbər, Meliha Qurbanova Layihələr üzrə menecer, Tərlan Əhədzadə Tərəfdaşlarla iş üzrə menecer, Südabə Həsənli isə Üzvlərlə iş üzrə menecer kimi fəaliyyət göstərəcək.

Beynəlxalq arenaya uzanan yol

“Odlar Yurdu”nun hekayəsi 2012-ci ildə Gəncədən başlayıb. Təşkilat şəhərin Avropa Gənclər Paytaxtı müsabiqəsinə qoşulması ərəfəsində bu prosesə dəstək vermək, gəncləri səfərbər etmək və onların ictimai həyatda iştirakını gücləndirmək məqsədilə təsis edilib.

Qısa müddətdə yerli təşəbbüslərdən beynəlxalq əməkdaşlıqlara qədər uzanan fəaliyyət coğrafiyası formalaşdıran Birlik fərqli layihələri və gənclərlə işləmək yanaşması ilə seçilib.

2012–2022-ci illərdə təşkilata təsisçi sədr Nigar Ələsgərova rəhbərlik edib. O hal-hazırda da Fəxri Sədrdir. 2022–2024-cü illərdə isə sədr vəzifəsini Xəzər Cabbarlı icra edib. Onun vaxtsız vəfatı təşkilat üçün ağır itki olub və sonrakı dövrdə Birliyin fəaliyyətində əvvəlki dinamikanın zəifləməsi müşahidə edilib.

2015-ci ildən fəaliyyətini Bakıda davam etdirən “Odlar Yurdu” indi yenilənmiş rəhbərlik və komanda ilə öz fəallığını bərpa etməyi, yeni nəsil gənclərin ideyalarına və təşəbbüslərinə daha geniş imkanlar yaratmağı qarşısına məqsəd qoyub.

16 ölkə, 25-dən çox beynəlxalq layihə

“Odlar Yurdu” Gənclər İctimai Birliyi fəaliyyət göstərdiyi illərdə beynəlxalq gənclər şəbəkələri ilə əməkdaşlığına xüsusi önəm verib. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvü olan təşkilat “Youth Express Network” (Y-E-N), “Youth and Environment Europe” (YEE) platformalarının da üzvüdür. “Erasmus“ və beynəlxaql gənclər forumlarında, ümumilikdə 16 ölkədə 25-dən çox beynəlxalq layihənin tərəfdaşı olub. Bu təcrübə yüzlərlə gəncin beynəlxalq mühitlə tanışlığına, yeni bilik və bacarıqlar əldə etməsinə, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə əməkdaşlıq imkanlarının yaranmasına, ölkənin təmsil olunmasına xidmət edib.

Təşkilatın əsas hədəfi əvvəlki illərdə qazandığı etimadı və beynəlxalq təcrübəni yeni komandanın enerjisi ilə birləşdirərək, qarşıdakı dövrdə gənclərin real ehtiyaclarına cavab verən, onların şəxsi və peşəkar inkişafını dəstəkləyən layihələr həyata keçirməkdir. Xüsusilə gənclər arasında sahibkarlıq düşüncəsinin təşviqi, biznes təşəbbüslərinin dəstəklənməsi, liderlik bacarıqlarının inkişafı və yeni iqtisadi imkanlara çıxışın genişləndirilməsi təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında yer alacaq. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq, könüllülük və gənclərin ictimai fəallığını artıran fərqli təşəbbüslər də diqqət mərkəzində olacaq.

Paylaş

Oxşar materiallar

Hamısına bax
“Odlar Yurdu” yenidən gənclərin gündəmində: yeni rəhbərlik, yeni komanda, yeni hədəflərF4Media səsləndirməsi