AzInTelecom Portuqaliyada Web Summit-də SIMA həllərini təqdim edib
AZCON Holding-ə daxil olan AzInTelecom Portuqaliyada keçirilən Web Summit 2026 konfransında iştirak edib və Azərbaycan pavilyonunda SIMA Rəqəmsal Həllər platformasını təqdim edib.

AZCON Holding-ə daxil olan AzInTelecom Portuqaliyada keçirilən Web Summit 2026 konfransında iştirak edib. Azərbaycan pavilyonunda şirkət SIMA həllərini təqdim edib.
Pavilyon İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyilə yaradılıb. Stendə ziyarətçilərə SIMA rəqəmsal platformasının həlləri barədə danışıblar. Həmçinin xarici təşkilatların nümayəndələri, investorlar və ekspertlərlə təcrübə mübadilələri keçirilib.
İştirakçılar tərəfdaşlığın imkanlarını və SIMA platformasının məhsulları əsasında birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Şirkətin məlumatına görə, iştirakın əsas məqsədi Azərbaycanın beynəlxalq platformada rəqəmsal və texnoloji potensialını nümayiş etdirmək, innovativ məhsulların xarici bazarlara ixracı imkanlarını öyrənmək və qlobal tərəfdaşlıq əlaqələri qurmaqdır. AzInTelecom regional rəqəmsal mərkəz kimi Azərbaycanın mövqeyini gücləndirmək və bu əməkdaşlığı genişləndirmək niyyətindədir.
Web Summit hər il Lissabonda keçirilir. Bu, on minlərlə iştirakçını müxtəlif ölkələrdən olan texnoloji şirkətləri, startapları, investorları və dövlət orqanlarının nümayəndələrini birləşdirən qlobal platformadır.
Mənbə: oxu.az





