“Agah” – Gənclərin Rəqəmsal Təhlükəsizlik Şəbəkəsi layihəsinə start veriləcək.
“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Agah” – Gənclərin Rəqəmsal Təhlükəsizlik Şəbəkəsi layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”…

“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Agah” – Gənclərin Rəqəmsal Təhlükəsizlik Şəbəkəsi layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun həyata keçirdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində dəstəklənib.
Layihənin əsas məqsədi gənclərin rəqəmsal məkanda qarşılaşa biləcəkləri təhlükələr barədə məlumatlılığını artırmaq və onların onlayn mühitdə daha təhlükəsiz davranış bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində gənclər üçün rəqəmsal təhlükəsizlik, kiber-risklər və sosial mühəndislik mövzularında maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. İştirakçılara gündəlik rəqəmsal fəaliyyət zamanı qarşılaşa biləcəkləri risklərin müəyyənləşdirilməsi, şəxsi məlumatların qorunması və təhlükəsiz onlayn davranış qaydaları barədə praktiki biliklərin verilməsi planlaşdırılır.
Layihə vasitəsilə gənclərin müasir rəqəmsal mühitdə daha məlumatlı və diqqətli davranış modelinin formalaşdırılmasına, eləcə də rəqəmsal savadlılıq səviyyəsinin artırılmasına töhfə verilməsi hədəflənir.
“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi layihəyə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü bildirir.





