21 noyabr 2026 Bakı — USD 1.70EUR 1.8666+0.0029TRY 0.0336-0.0001100×RUB 2.0737+0.0107
media.az
Siyasət

Danimarka Rusiya səfirliyinin hərbi attaşesini ölkədən çıxarır

Danimarka xarici işlər naziri Lars Løkke Rasmussen Kopenhagendə Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılması barədə elan edib. Moskva ukraynalı reperin öldürülməsinə cəhd hazırlamaqda şübhəli bilinir.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Danimarka Rusiya səfirliyinin hərbi attaşesini ölkədən çıxarır
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Danimarka Kopenhagendəki Rusiya səfirliyinin hərbi attaşesinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

F4media.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen məlumat verib. Qərarın Rusiyanın Ukraynalı reperin öldürülməsinə cəhd hazırlamaqda şübhəli bilinməsi ilə əlaqəli olduğu bildirilir.

Rasmussenin sözlərinə görə, Danimarka hökuməti Rusiya tərəfini Xarici İşlər Nazirliyinə çağıraraq hərbi attaşenin ölkədən çıxarılması barədə qərarını rəsmi şəkildə çatdırıb. Diplomatın Danimarkanı yeddi gün ərzində tərk etməsi tələb olunur.

Nazir məsələ ilə bağlı mətbuat konfransında bildirib ki, Rusiya nümayəndələrinə hərbi attaşenin ölkədən çıxarılması barədə hökumətin mövqeyi çatdırılıb.

Bununla yanaşı, Rasmussen Danimarkanın Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmaq imkanını da nəzərdən keçirdiyini açıqlayıb.

Anadolu agentliyinin məlumatına görə, Kopenhagen Rusiya vətəndaşlarına işlə bağlı olmayan vizaların verilməsini də dayandırır. Qərarın tətbiqi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Danimarkanın son qərarı Kopenhagenlə Moskva arasında diplomatik münasibətlərdə yeni gərginlik kimi qiymətləndirilir.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Danimarka Rusiya səfirliyinin hərbi attaşesini ölkədən çıxarırF4Media səsləndirməsi