29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9357+0.0028TRY 0.03470100×RUB 2.0145+0.0145
media.az
Tehsil 3

Sabirabad gəncləri data əsaslı qərarvermə yanaşmaları ilə tanış olublar

“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində həyata keçirilən “Region gənclərinin data əsaslı qərarvermə bacarıqlarının inkişafı” layihəsi…

Qurban Qurbanzadə1 dəq oxunuş
Mətn ölçüsü
Sabirabad gəncləri data əsaslı qərarvermə yanaşmaları ilə tanış olublar
Tehsil 3 — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində həyata keçirilən “Region gənclərinin data əsaslı qərarvermə bacarıqlarının inkişafı” layihəsi çərçivəsində Sabirabad rayonunda gənclərlə təlim keçirilib.

Təlimdə əsas diqqət məlumatlardan istifadə etməklə əsaslandırılmış qərarların qəbul edilməsinə yönəldilib. İştirakçılar müxtəlif situasiyalar üzərində işləyərək mövcud məlumatların qərarvermə prosesinə necə tətbiq oluna biləcəyini müzakirə ediblər.

Gənclərə qərar qəbul etməzdən əvvəl məlumatların yoxlanılması, müxtəlif göstəricilərin müqayisə edilməsi və nəticələrin faktlara əsaslandırılması ilə bağlı yanaşmalar təqdim olunub.

Praktiki tapşırıqlar zamanı iştirakçılar verilmiş məlumatları təhlil edərək mümkün nəticələri müəyyənləşdirib və öz qərarlarını əsaslandırıblar. Bu yanaşma gənclərin analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəlib.

Layihənin Sabirabad mərhələsi gənclərin məlumatlardan yalnız informasiya mənbəyi kimi deyil, qərarların əsaslandırılması üçün mühüm vasitə kimi istifadə etməsinə dair biliklərinin artırılmasına töhfə verib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Tehsil 3

Fluentopia”da yeni mərhələ: Gənclər ispan dilini öyrənir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin əməkdaşlığı ilə “Fluentopia” layihəsi çərçivəsində həyata keçirilən “İspan dili” kursunun ilk dərsi uğurla

Qurban Qurbanzadə1 dəq oxunuş
Sabirabad gəncləri data əsaslı qərarvermə yanaşmaları ilə tanış olublarF4Media səsləndirməsi