Fluentopia”da yeni mərhələ: Gənclər ispan dilini öyrənir
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin əməkdaşlığı ilə “Fluentopia” layihəsi çərçivəsində həyata keçirilən “İspan dili” kursunun ilk dərsi uğurla baş tutub.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin əməkdaşlığı ilə “Fluentopia” layihəsi çərçivəsində həyata keçirilən “İspan dili” kursu baş tutub.
Tamamilə ödənişsiz əsaslarla təşkil olunan kurs gənclərin xarici dil biliklərinin inkişafına dəstək göstərmək məqsədi daşıyır. İlk dərsdə iştirakçılar layihənin dərs proqramı və qrafiki ilə yaxından tanış olub, ispan dilinin əsasları, öyrənmə prosesi və qarşıdakı mərhələlər barədə ətraflı məlumat əldə ediblər.
Layihə gənclərin yeni dil öyrənməklə yanaşı, ünsiyyət bacarıqlarını inkişaf etdirmələri və yeni imkanlar qazanmaları üçün geniş şərait yaradır.





