CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verdi
CNN, MSNBC və Politico prezidentin bu KİV-lərə Ağ Evə girişi qadağan etməsindən sonra Tramp administrasiyasına qarşı birgə iddia qaldırır.

CNN, MS NOW və Politico ABŞ Prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.
Media qurumları Ağ Evə girişlərinin məhdudlaşdırılmasına etiraz edirlər. Onlar bildiriblər ki, jurnalistlərin giriş icazələrinin ləğvi ABŞ Konstitusiyasının mətbuat azadlığını qoruyan Birinci Düzəlişinə ziddir.
Mübahisə sentyabrın 18-də başlayıb. Tramp CNN, MS NOW və Politico-nun Ağ Evə girişinin qadağan ediləcəyini açıqlayıb və bu media qurumlarının yaydığı xəbərləri “saxta xəbər” adlandırıb. Ertəsi gün həmin nəşrlərin jurnalistlərinin Ağ Evə buraxılmadığı və bəzi press vəsiqələrinin deaktiv edildiyi bildirilib.
Üç media qurumu birgə bəyanatında bildirib ki, hökumətin mətbuatın nə yazacağına və nə dərc edəcəyinə qərar verməməsi prinsipini müdafiə etmək üçün məhkəməyə müraciət ediblər.
İddia ABŞ-ın Vaşinqton dairəsi üzrə federal məhkəməsinə təqdim olunub. Media qurumları Ağ Evə girişlərinin bərpa edilməsini və hüquqlarının qorunmasını tələb edirlər.
Mənbə: thehindu.com





