Tramp mediada boykotdan sonra öz telekanalını yaratdı
ABŞ prezidenti Donald Trampın komandası Trump TV adlı şəxsi xəbər kanalı yaradıb. Platforma prezidentin təxminən iki ay əvvəl çəkilmiş çıxışının videosunun nümayişi ilə işə başlayıb.

ABŞ prezidenti Donald Trampın komandası Trump TV adlı şəxsi xəbər kanalı yaradıb. Yeni platforma təxminən iki ay əvvəl çəkilmiş prezidentin çıxışının videosunun nümayişi ilə işə başlayıb.
Kanalın işə salınması Trampa ənənəvi KİV-lərin iştirakı olmadan öz mövqeyini və kontentini birbaşa yayımlamağa imkan verir. Prezident Ağ Evə qayıtdıqdan sonra bir sıra Amerika mediasının boykotu ilə üzləşib.
Trump TV dövlət başçısının adi media kanallarını yan keçərək auditoriya ilə birbaşa ünsiyyət qurması üçün platforma olacaq.
Mənbə: oxu.az





