Rusiyada ticarət mərkəzində yanğın baş verib: ölən və xəsarət alanlar var
Başqırdıstan Respublikasının Sterlitamak şəhərində «Solneçnıy» ticarət kompleksində yanğın baş verib. Dörd nəfər ölüb, daha doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Başqırdıstan Respublikasının Sterlitamak şəhərində «Solneçnıy» ticarət kompleksində yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində dörd nəfər ölüb, daha doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, ölənlər arasında üç bacı olub.
İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb ola bilər.
Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır. Yanğının şəraiti və səbəbləri müəyyənləşdirilir.
Mənbə: news.milli.az





