Bill Qeyts süni intellektin təhlükələri barədə xəbərdarlıq edib
Bill Geyts NBC-yə müsahibəsində xəbərdarlıq edib ki, süni intellekt «milyardları öldürməyə» qadirdir və bəşəriyyətin daha ağıllı növ yaratdığını deyib.

Microsoft-un həmtəsisçisi Bill Qeyts NBC telekanalına müsahibəsində süni intellektin mümkün təhlükələrindən danışıb.
O bildirib ki, əsas risk süni intellektin özündən deyil, insanların bu texnologiyadan necə istifadə etməsindən qaynaqlanır. Qeytsin sözlərinə görə, süni intellektdən pis məqsədlərlə istifadə edilməsi ciddi təhlükələr yarada bilər.
«Biz bir çox cəhətdən artıq bizdən ağıllı olan ağıllı növ yaratmışıq», – deyə Qeyts bildirib.
Sahibkar süni intellektin yanlış məqsədlərlə istifadəsinin çox böyük nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Mənbə: jpost.com





