29 sentyabr 2026 Bakı — USD 1.70EUR 1.9312-0.0045TRY 0.03470100×RUB 2.0118-0.0027
media.az
Siyasət

Lavrov: Rusiya və ABŞ-ın münasibətlərin normallaşdırılması üzrə təmasları hələ baş tutmayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva və Vaşinqtonun ikitərəfli münasibətlərdəki gərginliyin aradan qaldırılması üzrə təmasları hələ baş tutmayıb və onların vaxtı və yeri hələ ekspertlər tərəfindən razılaşdırılmalıdır.

Mətn ölçüsü
Rusiya XİN başçısı Sergey Lavrov çıxış zamanı
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdəki gərginliyin azaldılması məqsədilə planlaşdırılan yeni təmaslar hələ baş tutmayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə Moskva vilayətinin İstra şəhərində keçirilən XXIII Beynəlxalq “Valday” Diskussiya Klubunun illik toplantısında iştirakçılarla görüşü zamanı danışıb.

Lavrovun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə yeni görüşün keçirilməsi barədə razılıq əldə olunub. Lakin təmasların konkret vaxtı və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib.

Nazir bildirib ki, görüşün yaxın zamanda baş tutması gözlənilir və bununla bağlı təşkilati məsələlər hazırda ekspertlər səviyyəsində razılaşdırılır.

Lavrov daha əvvəl də Rusiya-ABŞ münasibətlərinin normallaşdırılmasının vacibliyini vurğulayıb. O, sentyabrın 23-də iki ölkə arasında mövcud problemlərin aradan qaldırılması və münasibətlərin yaxşılaşdırılması istiqamətində dialoqun davam etdirilməsinin zəruriliyini qeyd edib.

Rusiya və ABŞ arasında təmasların bərpası məsələsi iki ölkə münasibətlərində gərginliyin azaldılması ilə bağlı diplomatik müzakirələrin əsas istiqamətlərindən biri olaraq qalır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Siyasət

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edərək onu doğum günü münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

Yulduz Səlimov1 dəq oxunuş
Lavrov: Rusiya və ABŞ-ın münasibətlərin normallaşdırılması üzrə təmasları hələ baş tutmayıbF4Media səsləndirməsi