İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edərək onu doğum günü münasibətilə təbrik edib, cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan dövlətinin başçısı Məsud Pezeşkianı doğum günü münasibətilə təbrik edib və ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.
İran Prezidenti diqqət və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd olunur ki, söhbət zamanı dövlət başçıları Bişkekdəki son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.
Həmçinin qeyd olunub ki, Azərbaycan hökumətinin nümayəndə heyəti hazırda İrana səfərdədir və səfər çərçivəsində ikitərəfli münasibətlər gündəliyindəki məsələlər üzrə müzakirələr aparılır.
Mənbə: musavat.com





