“Fluentopia” layihəsi çərçivəsində həyata keçirilən ödənişsiz ispan dili kursu uğurla davam edir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə reallaşan “Fluentopia” layihəsinin “İspan dili” kursu yüksək aktivliklə davam edir.

Layihə çərçivəsində keçirilən interaktiv təlimlər iştirakçıların xarici dil biliklərinin artırılmasına, qrammatik və danışıq bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir. Gənclərin böyük maraqla qatıldığı dərslər nəzərdə tutulan tədris proqramı və qrafikə uyğun olaraq uğurla icra olunur.