8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Kənd təsərrüfatı

Məcnun Məmmədov Şabranda vətəndaşların müraciətlərini dinləyib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüş keçirib.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Məcnun Məmmədov Şabranda vətəndaşların müraciətlərini dinləyib
Kənd təsərrüfatı — F4Media

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüş keçirib.

Qəbul Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla keçirdiyi görüşlər çərçivəsində təşkil olunub.

Nazir Şabran Dövlət Aqrar İnkişaf Mərkəzində Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət, ərizə və şikayətlərini dinləyib.

Qəbuldan əvvəl Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Şabrandakı abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşların müraciətləri əsasən kənd təsərrüfatı subsidiyaları, suvarma suyu ilə təminat, torpaq sahələrinin ayrılması və təyinatının dəyişdirilməsi, aqrar kreditlər, kənd təsərrüfatı texnikalarının lizinqi və aqrotexniki xidmətlərlə bağlı olub.

Məcnun Məmmədov hər bir müraciəti dinləyərək qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.

Müraciətlərin bir qismi görüş zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlər nəzarətə götürülüb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilmək üçün qeydiyyata alınıb.

Görüş zamanı fermer və kənd təsərrüfatı istehsalçılarına 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas istiqamətləri barədə də məlumat verilib. Yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, həmçinin fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub.

Görüşdə dövlət tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin aqrar sektorun gücləndirilməsinə və kənd təsərrüfatı istehsalçılarının imkanlarının genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Paylaş

Oxşar materiallar

Hamısına bax