Ukrayna sərhədinə pilotsuz uçan aparat düşdü, Rumıniyada yanğın başladı
Rumıniyanın şərqində, Ukrayna ilə sərhəddə yerləşən Tulça qəzasında naməlum pilotsuz uçan aparat düşüb. Yanğın başlayıb, insanlar xəsarət almayıb.

Rumıniyada pilotsuz uçuş aparatı düşdü – yanğın başladı
Oktyabrın 2-nə keçən gecə Ukrayna ilə sərhəddə yerləşən Rumıniyanın Tulça rayonunda naməlum pilotsuz uçuş aparatı yerə düşüb. Hadisədən sonra ərazidə yanğın baş verib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, radar sistemləri Ukrayna ərazisində, Rumıniya-Ukrayna sərhədinə yaxın ərazilərdə pilotsuz aparatların zərbələrini qeydə alıb.
Təxminən saat 05:00-da aparatın Tulça rayonunun Plauru kəndi yaxınlığında düşdüyü müəyyən edilib. Hadisə yerində başlayan yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və heç bir obyektə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar İnspektoratı və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub.
Mənbə: news.milli.az





