8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Dünya

TİGAD heyəti TBMM-də Türkiyə Jurnalistlər Birliyi layihəsini müzakirə edib

Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) mühüm görüş keçirib.

Mətn ölçüsü
TİGAD heyəti TBMM-də Türkiyə Jurnalistlər Birliyi layihəsini müzakirə edib
Dünya — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) mühüm görüş keçirib.

F4Media.az-ın Türkiyədəki xüsusi müxbiri Hüseyn Zorkunun verdiyi xəbərə görə, TİGAD Başqanı Okan Geçgel, TİGAD Məşvərət Şurasının sədri Dr. Ekrem Teymur və Təşkilatlanma üzrə sədr müavini Bayram Polat Türkiyənin sabiq vitse-prezidenti, AK Parti Ankara millət vəkili və TBMM Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay ilə görüşüblər.

Görüşdə TİGAD-ın hazırladığı Türkiyə Jurnalistlər Birliyi layihəsi əsas müzakirə mövzusu olub. Okan Geçgel layihə ilə bağlı hazırlanmış sənədi Fuat Oktaya təqdim edərək təşəbbüsün məqsədləri barədə məlumat verib.

Layihə ənənəvi və rəqəmsal medianın vahid peşə çərçivəsində birləşdirilməsini, jurnalistlərin peşə hüquqlarının gücləndirilməsini və jurnalistikanın institusional strukturunun inkişaf etdirilməsini nəzərdə tutur.

Fuat Oktay jurnalistlərin hüquqlarının qorunması, internet jurnalistikasının hüquqi bazasının gücləndirilməsi və Türkiyə Jurnalistlər Birliyinin yaradılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq layihəyə dəstəyini ifadə edib.

TİGAD Başqanı Okan Geçgel isə layihənin uzunmüddətli çalışmalar və media sektorunun ehtiyacları əsasında hazırlandığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd Türkiyədə jurnalistika peşəsinin bütün sahələrini əhatə edən müasir və güclü peşə strukturunun formalaşdırılmasıdır.

TİGAD nümayəndə heyəti görüşə və göstərilən dəstəyə görə Fuat Oktaya təşəkkür edib.

Layihə ilə bağlı qarşıdakı dövrdə dövlət qurumları və media təşkilatları ilə görüşlərin davam etdirilməsi planlaşdırılır.

Paylaş

Oxşar materiallar

Hamısına bax
TİGAD heyəti TBMM-də Türkiyə Jurnalistlər Birliyi layihəsini müzakirə edibF4Media səsləndirməsi