8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Siyasət

Fridrix Merts elan edilməmiş səfərlə Kiyevə gəlib

Almaniya kansleri Fridrix Merts 2026-cı il oktyabrın 4-də elan edilməmiş səfərlə Kiyevə gəlib və Ukraynaya dəstəyini ifadə edib. O, Vladimir Zələns ilə danışıqlar aparacaq.

Yulduz Səlimov1 dəq oxunuş
Mətn ölçüsü
Almaniya kansleri Fridrix Merts Kiyevdə
Siyasət — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Fridrix Merts elan edilməmiş səfərlə Kiyevə gəlib
Almaniya kansleri Fridrix Merts oktyabrın 4-də Ukraynaya dəstək nümayiş etdirmək məqsədilə elan edilməmiş səfərlə Kiyevə gəlib.
Kansleri Kiyev vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiha qarşılayıb. Mertsi səfərdə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe müşayiət edir.
Merts səfərdən sonra yayımladığı bəyanatda Ukraynanın yaxın həftələrdə Almaniyanın və müttəfiqlərinin dəstəyinə ehtiyac duyacağını bildirib. O, Rusiyanın dayandırılmaması halında hərbi təhdidin Avropaya da yönələ biləcəyini qeyd edib.
Kanslerin Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşərək ikitərəfli münasibətlər, Avropa gündəliyi və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.
Andrey Sibiha bildirib ki, Ukrayna və Almaniya arasında güclü strateji tərəfdaşlıq formalaşıb və tərəflər bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Səfər Ukraynanın Rusiya tərəfindən enerji infrastrukturu və digər əsas obyektlərə raket və dron hücumlarının intensivləşdiyi bir vaxta təsadüf edir. Kiyev xüsusilə qış mövsümü ərəfəsində elektrik enerjisi və istilik sistemlərinin təhlükəsizliyi ilə bağlı ciddi təzyiqlə üzləşir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə mümkün yeni kütləvi hava zərbələri ilə bağlı əcnəbilərə və diplomatlara şəhəri tərk etmək barədə xəbərdarlıq edib. Moskva mümkün nəticələrə görə xəbərdarlığa məhəl qoymayanların məsuliyyət daşıyacağını açıqlayıb.
Son günlər Kiyevdə nəqliyyat infrastrukturu da hücumların hədəfinə çevrilib. Rusiya qüvvələrinin Dnepr çayı üzərindəki bir neçə körpüyə zərbələr endirməsi şəhərdə nəqliyyat problemlərinin yaranmasına səbəb olub. Kiyev meri Vitali Kliçko vəziyyəti “çox dramatik” kimi qiymətləndirib.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Fridrix Merts elan edilməmiş səfərlə Kiyevə gəlibF4Media səsləndirməsi