8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Kənd təsərrüfatı

Ağdamda aqrar sahədə dövlət dəstəyi müzakirə olunub

Ağdam rayonunda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Mətn ölçüsü
Ağdamda aqrar sahədə dövlət dəstəyi müzakirə olunub
Kənd təsərrüfatı — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Ağdam rayonunda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, xüsusi nümayəndə Emin Hüseynov, “Agro Dairy” MMC-nin rəhbəri Niyazi Əmirbəyov və “Azərşəkər” şirkətinin rəhbəri Nəsib İslamzadə iştirak ediblər.

Paneldə aqrar sahənin inkişaf perspektivləri, dövlət dəstəyi mexanizmləri, müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi və işğaldan azad edilmiş ərazilərin aqrar potensialının reallaşdırılması məsələləri müzakirə olunub.

Məcnun Məmmədov kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqinin, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinin və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib. Qeyd olunub ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında da aqrar sahənin dayanıqlı inkişafı və intensiv istehsal modelinə keçidin sürətləndirilməsi əsas hədəflər sırasındadır.

Emin Hüseynov Ağdamda keçirilən festivalın rayonun aqrar potensialının yenidən canlandırılması, yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Müzakirələrdə həmçinin Böyük Qayıdış çərçivəsində Ağdamda həyata keçirilən bərpa-quruculuq işləri, sahibkarların regiona cəlb olunması və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Qeyd edək ki, ötən ildən 12 iqtisadi rayon üzrə keçirilən panel müzakirələrin sayı Ağdamda təşkil olunan tədbirlə 25-ə çatıb.

Tədbir çərçivəsində, həmçinin Aqrar Biznes Festivallarının təşkilində fəal iştirak edən əməkdaşlara, şirkət nümayəndələrinə və fermerlərə təşəkkürnamələr təqdim olunub. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağdamda fəaliyyət göstərən müəllimlərlə görüş keçirilib və şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı sərgiyə baxış olub.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Kənd təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların

Qurban Qurbanzadə1 dəq oxunuş
Ağdamda aqrar sahədə dövlət dəstəyi müzakirə olunubF4Media səsləndirməsi