8 oktyabr 2026 Bakı — USD 1.70EUR 1.9095+0.0026TRY 0.03460100×RUB 1.9963-0.0069
media.az
Azərbaycan

Samuxda prokurorluq əməkdaşlarının peşə bayramı qeyd olunub

Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.

Tünzalə Məlikova1 dəq oxunuş
Mətn ölçüsü
Samuxda prokurorluq əməkdaşlarının peşə bayramı qeyd olunub
Azərbaycan — F4Media
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — F4Media səsləndirir

Samux rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində yerləşən Heydər Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Daha sonra tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev başda olmaqla, bütün prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Samux rayon prokuroru Könül Ələsgərova çıxışında prokurorluq orqanlarının fəaliyyətindən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirin sonunda rayon prokurorluğunda fəaliyyətləri ilə fərqlənən əməkdaşlar Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

Paylaş

Oxşar materiallar

Hamısına bax
Samuxda prokurorluq əməkdaşlarının peşə bayramı qeyd olunubF4Media səsləndirməsi