Rumıniya Ukrayna sərhədində qırıcıları havaya qaldırdı
Oktyabrın 6-na keçən gecə Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən iki F-18 qırıcısını havaya qaldırıb. Tulça qəzasında bir saat ərzində hava həyəcanı elan edilib.

Rumıniya Ukrayna sərhədində iki F-18 qırıcısını havaya qaldırıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Müdafiə idarəsinin iddiasına görə, sərhəd yaxınlığında Ukrayna hava məkanında hərəkət edən iki hava hədəfi aşkar edilib.
«Mixail Koqelnıçanu adına 57-ci aviabazadan İspaniya Hava-Kosmik Qüvvələrinin iki F-18 qırıcısı havaya qalxıb», — deyə məlumatda bildirilib.
Tulça qəzasında hava həyəcanı elan edilib, o, bir saat ərzində qüvvədə olub.
Müdafiə Nazirliyində qeyd edilib ki, aşkar edilən dronlar ölkənin hava məkanını pozmayıb.
Daha əvvəl bildirilmişdi ki, Polşa Rusiyanın Ukraynadakı guya fəaliyyəti səbəbindən qırıcıları havaya qaldırıb.
Mənbə: lenta.ru





